31 dekabr 2012 00:40

“Məni Azərbaycanda daha çox insanların futbolla maraqlandıqları halda stadiona gəlməməsi təəccübləndirdi”

“Simurq”un yarımmüdafiəçisi Marçin Burhard azerisport.az saytına müsahibəsində mövsümün geridə qalan dövrünü dəyərləndirib.
 
- Mövsümün geridə qalan dövrünü komandanız üçün necə dəyərləndirirsiz?
- Fikrimcə, heç kim “Simurq”un ili turnir cədvəlinin ilk pillələrində bitirəcəyini gözləmirdi. Amma biz buna nail olduq. Etiraf etməliyəm ki, buna çox çətinliklə nail olduq. Elə oyunlar da  oldu ki, bizdə heç də hər şey yaxşı alınmadı və xal itkiləri ilə üzləşdik.
 
- Hazırda çempionatda fasilədi. Sizcə, bu fasilə “Simurq”a çempionatın qalan dövründə mənfi təsir göstərməyəcək ki?
- Düşünmürəm. Əksinə, daha yaxşı olacağına ümid edirəm. Ona görə ki, mövsümün əvvəli ilə müqayisədə indi bir-birimizə daha yaxınıq. Məsələn, mən komandada əvvəllər cəmi bir neçə futbolçu ilə ünsiyyət qura bilirdim. İndi isə tam bir vahid komanda olmuşuq.
 
- Son turda “Rəvan” üzərində çox çətinliklə qələbə qazandınız, amma sonradan rəqibinizə texniki məğlubiyyət verildi...
- Həmin oyun həqiqətən də çətin alındı. Mümkündü ki, bəziləri daha asan olacağını gözləyirdi. Çünki bakılılar turnir cədvəlinin son pillələrində gedirlər. Amma onların nə qədər yaxşı rəqib olduqlarını həmin görüş də göstərdi.
 
- Sizcə, ilk altılıqda hansı komandalar yer alacaqlar?
- Hazırda buna “Simurq”, “İnter”, “Qarabağ”, “Neftçi” və “Qəbələ” daha yaxındı. Amma altıncı vəsiqə uğrunda güzəştsiz mübarizə gedir. Ona görə də bunu müəyyənləşdirmək çətindi.
 
- Azərbaycan çempionatı sizdə necə təəssürat yaratdı?
- Məncə, azarkeşlərin oyuna gəlməməsi daha çox diqqət çəkir. Dolu tribunalar qarşısında oynamaq daha xoşdu. Azərbaycanda insanların oyuna gəlməməsinə çox təəccübləndim. Ən qəribəsi odu ki, onların futbolla maraqlanmadığını da demək olmur. Maraq çoxdu, lakin stadiona getmirlər. Polşada belə deyil. Hətta autsayderlərin oyununa çoxlu azarkeş gəlir.
 
- Bu yaxınlarda Polşa mətbuatında belə məlumat yayıldı ki, qardaşınız Filip Burhard da Azərbaycan klubuna keçir. Bu, doğrudu?
- Mən qardaşımla bu haqda danışdım. Amma biz bu informasiyanın kim tərəfindən yayıldığını bilmirik. Yeri gəlmişkən, mən Azərbaycan mətbuatında demədiyim fikirlərlə tez-tez rastlaşıram.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.