31 dekabr 2012 01:17
Braziliyalı yığmamızdan imtina etdi
Futzal üzrə Azərbaycan yığması Rusiyanın paytaxtı Moskvaya təlim-məşq toplanışına yollanacaq. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi yanvarın 22-dən fevralın 2-dək davam edəcək.
Yığmamızın heyəti isə yanvarın 7-də açıqlanacaq. Hələlik Moskvaya aparılacaq 16 futbolçudan yalnız səkkizi məlumdu: Lacio Buranello, Elnur Zamanov, Vitali Borisov, Rizvan Fərzəliyev, Maşado Nilson, Felipe, Namiq Məmmədkərimov və Rəcəb Fərəczadə.
Yeri gəlmişkən qeyd edək ki, artıq futzal yığmamızın daimi üzvlərindən biri – Serjio komandamızla vidalaşıb. Oktaybrda “Araz”dan ayrılaraq vətəni Braziliyaya qayıdan və yerli klublardan birinə keçən futzalçı baş məşqçi Joze Alesiodan dəvət almayacaq.
