31 dekabr 2012 01:30
Qəbələ də Salif Ballonun transferi üçün işə başladı
“Simurq”a keçidi alınmayan Salif Ballo başqa bir Premyer Liqa klubunun maraq dairəsinə düşüb. Azerisport.az xəbər verir ki, malili futbolçunu “Qəbələ” heyətinə qatmaq istəyir.
Hazırda “Qəbələ” və “Turan” transferin detallarını müzakirə edir. Keçidin yaxın günlərdə reallaşması gözlənilir.
Qeyd edək ki, “Turan” Balloya görə 100 min manat istədiyindən “Simurq” onu transfer etməkdən imtina etmişdi.
