30 dekabr 2012 15:01
Mahmud Qurbanov: Legionerləri saxlamağın mənası yox idi
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov legioner futbolçulardan imtina etmələri barədə xəbərləri təsdiqləyib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz belə qərara gəldik ki, maliyyə cəhətdən legionerləri mövsümün axırına qədər saxlamağın mənası yoxdu. Ona görə də “Kəpəz” mövsümün sonunadək yerli futbolçularla çıxış edəcək. Aydın məsələdi ki, onlarla uğur qazanmaq çətin olacaq. Lakin Gəncədə perspektivli futbolçular var. İndi onlara daha çox çalışmaq lazımdı ki, etimadı doğrultsunlar. Legionerlərlə yanaşı Bəxtiyar Soltanovla Emin İmaməliyev də komandanı tərk edib. Onlar icarə əsasında komandamızda top qovurdular. İcarə müddəti başa çatdığı üçün, onlar da klubdan ayrılmağa üstünlük verdilər”.