31 dekabr 2012 12:09
Nikolas Kanales Çilidə 2-ci oldu
Azərbaycan Premyer Liqasının bombardiri, “Neftçi”nin hücumçusu Nikolas Kanales Çilidə 10 ən yaxşı hücumçu arasında yer alıb. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın forvardı siyahıda ikinci olub.
O, buna 2012-ci il ərzində vurduğu 23 qolla nail olub. Maraq üçün bildirək ki, Kanales bu qollardan 18-ni “Neftçi”də vurub. Qalan 5 qol isə Nikolasın əvvəlki komandasında (Palestino) olduğu dövrə təsadüf edir.
