31 dekabr 2012 15:24
AZAL daha bir futbolçusu ilə yollarını ayırdı
AZAL daha bir futbolçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu futbol üzrə Azərbaycan yığmasının sabiq üzvü Arif İsayevlə də əməkdaşlığa son qoyub.
Tərəflər arasındakı müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub.
Tərəflər arasındakı müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub.
Qeyd edək ki, bundan öncə AZAL Yasin Abbasov, Aqil Nəbiyev və Artur Patraşa da qapını göstərmişdi.
