31 dekabr 2012 15:31
Cihan Özkara Erciyesspor ilə yollarını ayırır
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkara Türkiyənin “Erciyesspor” klubu ilə yollarını ayırmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, millimizin forvardı yanvar ayında Kayseri təmsilçisindən gedəcək.
Bu barədə “Erciyesspor”un baş məşqçisi Osman Özköylü məlumat verib. O, komandadan gedəcək beş futbolçunun adını açıqlayıb ki, onlardan da biri Cihandı.
Belədə, Özkara qışda özünə yeni klub tapmalı olacaq. Yayda “Sivasspor”dan “Erciyesspor”a keçən hücumçu yeni komandasında demək olar ki, öz oyununu tapa bilmədi. Bir qayda olaraq ehtiyatda qalan millimizin üzvünün qışda komandadan getməsi gözlənilən idi.
