1 yanvar 2013 11:33
“İlk altılığa düşəcək bütün klublar çempionluğa iddialı olacaqlar”
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov azerisport.az saytına müsahibəsində 2012-ci ili dəyərləndirib, şanslarından və planlarından danışıb. “Təyyarəçilər”in çalışdırıcısı öncə bunları dilə gətirib:
“Deməzdm ki, mövsümün ilk hissəsi bizim üçün uğursuz alındı. Biz baxımlı futbol sərgilədik. Baxmayaraq ki, istədiyimiz nəticələrə heç də həmişə nail ola bilmədik. Amma harda yaxşı oyun varsa, nəticə də olmalıdı. Cəmi dörd ay öncə biz demək olar ki, tam yeni komanda formalaşdırmışıq”.
“Deməzdm ki, mövsümün ilk hissəsi bizim üçün uğursuz alındı. Biz baxımlı futbol sərgilədik. Baxmayaraq ki, istədiyimiz nəticələrə heç də həmişə nail ola bilmədik. Amma harda yaxşı oyun varsa, nəticə də olmalıdı. Cəmi dörd ay öncə biz demək olar ki, tam yeni komanda formalaşdırmışıq”.
Sadıqovun sözlərinə görə, indiki çempionat əvvəlkilərdən fərqlənir: “2012-ci il onunla da yadda qaldı ki, cari mövsüm əvvəlkilərdən xeyli fərqlənir. Bunu həm oyunların baxımlı keçməsinə, həm də klublar arasındakı rəqabətin artmasına görə demək olar. Demək olar ki, turnir cədvəlində intriqa qətiyyən azalmır. Mənə elə gəlir ki, ilk altılığa gələn bütün komandalar çempion olmağa namizəd olacaqlar. Çünki komandalar arasındakı xal fərqinin az olması buna şərait yaradır”.
AZAL-ın baş məşqçisi transfer planlarını da açıqlayıb: “Komandanın bəzi futbolçuları ilə yollar ayrılıb. Xüsusilə Artur Patraşın gedişini qeyd edərdim. O, mövsümün əvvəlində özünü yaxşı tərəfdən göstərdi. Lakin sonradan Patraşın yerli çempionata, həyata alışa bilmədiyi məlum oldu. Amma futbolçu kimi o, çox yaxşı göstəricilərə malikdi. Sadəcə, Azərbaycanda möhkəmlənə bilmədi. Buna görə də onunla yolları ayırmalı olduq. Bu, həm onun özü, həm də AZAL üçün yaxşı qərar idi. Qalan futbolçular isə əsas heyətdə möhkəmlənə bilməyən gənclər idilər. Bu üzdən də onlara başqa klublarda özlərini göstərmək imkanı yaratdıq”.
Sadıqov Andryus Veliçka barədə də danışıb: “Onun gedəcəyi barədə xəbərlər düz deyil. Veliçka komandada qalacaq. Ümumiyyətlə, belə xəbərlərin hardan çıxdığını bilmirəm. Artıq komandadan heç kimin getməsini istəmirəm. Çox istərdim ki, komandamda yerli futbolçular çox olsun. Amma əsas heyətdə oynaya, möhkəmlənə bilmək şərti ilə”.
