2 yanvar 2013 12:43
AZAL-ın sabiq yarımmüdafiəçisi özünə yeni iş yeri tapdı
AZAL-ın sabiq yarımmüdafiəçisi Artur Patraş özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunda möhkəmlənə bilməyən futbolçu yenidən Moldovaya qayıdıb.
Belə ki, o, bundan sonra “Politexnika”da çıxış edəcək. Patraş artıq yeni komandasının heyətində “Zimbru-2” ilə oyunda da iştirak edib.
AZAL-ın sabiq futbolçusu bu görüşdə qol da vurmağa imkan tapıb. Lakin bu, “Politenxika”nı 2:4 hesablı məğlubiyyətdən xilas etməyib.
