2 yanvar 2013 13:30
Böyükağa Hacıyev Yeni ili Moskvada qarşıladı
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Yeni ili Moskvada qarşılayıb. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı dekabr ayının son günlərində Rusiya paytaxtına yollanıb.
Onun səfərində məqsəd ötən il əməliyyat olunduğu xəstəxanada yenidən müayinə olunmaqdı. Hacıyevin yaxın günlərdə Bakıya qayıtması gözlənilir.
Qeyd edək ki, baş məşqçi vətənə qayıtdıqdan sonra transfer məsələləri ilə məşğul olmağa başlayacaq.
