2 yanvar 2013 13:53
Poqon Nizami Hacıyevin transferindən imtina etdi
Futbol üzrə Azərbaycan yığmasının və “İnter”in yarımmüdafiəçisi Nizami Hacıyevin Polşanın “Poqon” klubuna keçidi baş tutmayıb. Azerisport.az xəbər verir ki, Polşa təmsilçisi Hacıyevə görə “İnter”ə transfer haqqı ödəməkdən imtina edib.
Qeyd edək ki, “Poqon” Nizamini pulsuz heyətinə qatmaq istəyirdi. Lakin “bankirlər” 2013-cü ilin yayına qədər müqaviləsi olan futbolçunu təmənnasız buraxmaq istəmirdi.
Maraq üçün bildirək ki, “Poqon” Hacıyevin transferi üçün sadəcə 100-150 min avrosundan keçməli idi. Amma onlar bununla razılaşmadığından, futbolçu “İnter”də qalmalı olub.
