3 yanvar 2013 00:30
Cavid Hüseynov Bakıya keçə bilər
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynov vətənə qayıda bilər. Azerisport.az xəbər verir ki, onun “Bakı”ya keçəcəyi barədə xəbərlər yayılmağa başlayıb.
Qeyd edək ki, Hüseynov Türkiyənin “Adana Demirspor” klubunda çıxış edir. Lakin son dövrlər əsas heyətə düşməkdə çətinlik çəkən həmyerlimiz Adana təmsilçisiylə yollarını ayırmaq haqda düşünür.
Hazırda onu heyətinə qatmaqda maraqlı olan klublardan biri də “Bakı”dı. Qışda xeyli legionerləri ilə yollarını ayıran paytaxt klubu indi yerli futbolçularla güclənməkdə maraqlıdı.
