3 yanvar 2013 00:47
Böyükağa Hacıyev Rusiya klubundan imtina etdi
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Rusiya klubunun təklifindən imtina edib. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısına “Volqa”nın sükanı arxasına keçmək təklif olunub.
Lakin Hacıyev bu komanda çalışdırmaqdan imtina edib. Xəbəri saytımıza müsahibəsində “Neftçi”nin baş məşqçisi özü də təsdiqləyib:
“Moskvaya səfərim zamanı məni “Volqa”ya dəvət etmək istəyən insanlarla da görüşüm oldu. Amma mən imtina etdim. “Volqa” Premyer Liqada sonuncu pillədə gedir. Belə çıxır ki, mən batmaqda olan gəmini qəbul etməliyəm. Həm də mənim “Neftçi” ilə müqaviləm var. Hər şeyi belə qoyub gedə bilməzdim”.
