2 yanvar 2013 14:27
Bakı FİFA-ya şikayət edəcək
“Bakı” FİFA-ya şikayət etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, buna səbəb komandanın iki futbolçusunun – Vangelis Mantsiosla Leandro Beçerranın düşərgəni icazəsiz tərk etməsi səbəb göstərilir.
Qeyd edək ki, hər iki futbolçu baş məşqçi Bojidar Bandoviçin qərarı ilə əvəzedici komandaya göndərilmişdi. Lakin onlar əvəzedici komanda ilə məşq etməkdən boyun qaçıraraq, Azərbaycanı tərk etməyə üstünlük veriblər.
Sonda onu da bildirək ki, Mantsiosla Beçerranın “Bakı” ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.
