2 yanvar 2013 15:09
Xəzər Lənkəranın sabiq forvardı Yunanıstan klubunda
“Xəzər Lənkəran”ın sabiq hücumçusu Allan Lalin özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, bundan sonra honduraslı hücumçu karyerasını Yunanıstanda davam etdirəcək.
Belə ki, “ağ-yaşıllar”ın sabiq forvardı “Niki Vola” klubu ilə müqavilə bağlayıb. O, buna qədər ölkəsində “Real Espanya” klubunda çıxış edirdi.
