3 yanvar 2013 14:23
Turan: ya Batumi, ya Antalya
“Turan” mövsümün qalan hissəsi üçün hazırlıq planlarını hələ də tam müəyyənləşdirməyib. Azerisport.az xəbər verir ki, komanda yanvarın 10-da bir araya gələcək.
Hazırlığın ilkin hissəsi elə Tovuzda baş tutacaq. Daha sonra isə xaricə yollanmaq nəzərdə tutulub. Lakin hələ “Turan”ın konkret hansı ölkəyə yollanacağı bəlli deyil.
Klubun vitse-prezidenti Namiq Məstanovun verdiyi məlumata görə, “Turan” ya Türkiyənin Antalya, ya da Gürcüstanın Batumi şəhərində təlim-məşq toplanışı keçəcək.
