3 yanvar 2013 15:32
Tahir Süleymanov: Biz ona görə heç 4,5 avro da ödəmərik
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov Polşanın “Slensk” klubunun yarımmüdafiəçisi Sebastyan Milyanın transferi ilə bağlı yayılan xəbərlərə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bu xəbərləri qətiyyətlə təkzib edib:
“Biz bu futbolçu barədə yalnız mətbuatda yazılanlardan xəbər tutmuşuq. Rəsmi olaraq bəyan edirəm ki, biz bu futbolçuyla maraqlanmırıq və ona təklif də göndərməmişik. “Neftçi”nin transfer strategiyası 30 yaşlı futbolçunu almağımıza imkan vermir. Biz yalnız 27-28 yaşdan aşağı olan futbolçularla danışıqlar apara bilərik. Hətta bildirirlər ki, 450 min avroluq təklif irəli sürmüşük. O, kimdi ki, biz ona bu qədər pul xərcləyək? Sebastyan Milyaya heç 4,5 avro da ödəmərik. Sadəcə, görünür kimlərəsə öz müştərisini klubumuzun adından belə reklam etmək sərf edir. Bu mövsüm Polşanın heç bir klubu avrokubokların qrup mərhələsində çıxış etmədi. Polşalılar nəinki Azərbaycana klub futbolunda uduzurlar, həm də jurnalistlərinə azərbaycanlı həmkarlarından nələrisə öyrənmək lazımdı. Ən azı ona görə ki, bu qədər yalan xəbərlərə yol verincə, bircə dəfə “Neftçi” rəhbərliyi ilə əlaqə saxlayıb, vəziyyətin nə yerdə olduğunu öyrənmək olardı”.