3 yanvar 2013 16:47
Böyükağa Hacıyev: Qarabağın futbolçuları ilə maraqlanmırıq
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Qarabağ”ın futbolçuları – Rauf Əliyev və Əfran İsmayılovla maraqlanmaları barədə xəbərlərə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz bu futbolçularla maraqlanmayacağıq. Qurban Qurbanov mənə qardaş kimidi. Mən ona həm məşqçi, həm də veteran futbolçu kimi hörmət edirəm. Qurban əla komanda yaradıb. Onun futbolçularını əlindən almaq mənim xarakterimə uyğun deyil. Həm də adını çəkdiyiniz futbolçuların klubla müqaviləsi var. Biz onlarla yalnız o halda maraqlana bilərik ki, “Qarabağ”la müqavilələrinin müddəti başa çatar”.