3 yanvar 2013 17:25

Böyükağa Hacıyev: Cavid Dinamoda özünü göstərmək üçün gecə-gündüz çalışmalıdı

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində Rusiyanın “Volqa” klubundan aldığı təklifdən, Cavid İmamverdiyevin mümkün gedişindən, eləcə də transfer planlarından danışıb.
 
- Moskvadan yenicə qayıtmısız. Həkimlər səhhətinizlə bağlı nə dedilər?
- Müayinədən keçdim. Həkimlər nəticələrdən razı qaldılar. Müalicəmin ikinci mərhələsi uğurlu olub. Fevralda daha bir müayinədən keçməliyəm. Yekun nəticə də həmin vaxt açıqlanacaq.
 
- Moskvada sizə Rusiya klublarından birinin təklif irəli sürüb. Bu barədə nə deyə bilərsiz?
- Mənə “Volqa”nı çalışdırmaq təklif olundu. Hacı Hacıyev komandanı tərk edib və “Krılya Sovetov”a gedib. Bu təklifi mənə klub rəhbərliyinə yaxın biri etdi. Amma mən qəbul etmədim. Çünki “Volqa” Rusiya Premyer Liqasının aşkar autsayderlərindəndi. Həm də mənim “Neftçi” ilə mövsümün sonuna qədər müqaviləm var. Hər şeyi belə qoyub gedə bilməzdim. Sadıq Sadıqovun icazəsi olmadan “Neftçi”dən ayrılma bilmərəm.
 
- “Volqa” sizin üçün hansı şərtləri irəli sürürdü ki?
- Müqavilənin detallarını müzakirə etmədik. Aydın məsələdi ki, Rusiya klublarında maliyyə baxımından problem yoxdu. Amma bu, mənim üçün önəmli deyil. Mənimlə başqa bir Rusiya klubu maraqlanır.
 
- Bu qış “Neftçi”ni kimlər tərk edəcək?
- Biz hələlik heç kimə toxunmamağa qərar vermişik. Komandaya yeni futbolçular dəvət olunacaq. Kimlərin qalıb, kimlərin gedəcəyinə də toplanış zamanı qərar verəcəyik. Antalya toplanışı bəzi futbolçular üçün komandamızla son hazırlıq ola bilər. Hələlik isə hər bir futbolçuya özünü göstərmək şansı verəcəyik.
 
- Mətbuatda Saşa Yunisoğlunun gedəcəyi barədə xəbərlər yayılıb...
- Saşa yaxşı futbolçudu. Təəssüf edirəm ki, o, oynamır. Mən də onun oynamasını istəyirəm. Amma “Neftçi”də İqor Mitreski, Elvin Yunuszadə, Tərlan Quliyev də var. Onun məsələsinə dair klub prezidenti ilə görüşümüzdə qərar verəcəyik.

- Əgər siz onun oynamayacağını bilirdinizsə, niyə komandanıza cəlb etdiniz?
- Onun transferi vaxtı mən Bakıda deyildim. Hamı biliri ki, o vaxt Moskvadaydım. Əməliyyat olunmuşdum.
 
- Qışda neçə futbolçu almaq istəyirsiz?
- “Neftçi”yə daha dörd futbolçu lazımdı. Baxışa Latın Amerikasından, İsveçdən futbolçular gələcək. Yaxşı pleymeyker, müdafiəçi və yarımmüdafiəçi almaq istəyirik. Həmçinin bir qapıçı da lazımdı.
 
- Kamran Ağayevin transferi mümkündü?
- O, hələ də “Xəzər Lənkəran”ın futbolçusudu. Bizdə danışıqları adətən klub rəhbərliyi aparır. Mən sadəcə fikrimi bildirirəm. Mən rəhbərliyə qapıçı lazım olduğunu bildirmişəm. Klubun kimi alacağını isə zaman göstərəcək.
 
- “Neftçi” Kadırov turnirində iştirak edəcək?
- Bu məsələ açıq qalır. Mən bu turnirdə iştirak etməyimizi istəyirəm. Ötən il sözügedən turnirdə üçüncü yeri tutduq. Bu dəfə də həmin turnirin qalibi olmağımız pis olmazdı.
 
- Cavid İmamverdiyevin Kiyev “Dinamo”suna mümkün gedişi haqda nə deyə bilərsiz?
- O, yanvarın 8-də Kiyevə yollanacaq. Tibbi müayinədən keçəcək və klub rəhbərliyi ilə görüşəcək. Mümkündü ki, bu klubla müqavilə bağlasın. Sonrası isə futbolçunun özündən asılıdı. İmamverdiyev özünü göstərmək üçün gecə və gündüz çalışmalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.