3 yanvar 2013 18:14
Qəbələnin forvardı Türkiyə klubunun hədəfində!
“Qəbələ”nin hücumçusu Viktor Mendi yenidən Türkiyə klublarının maraq dairəsinə düşüb. Azerisport.az xəbər verir ki, PTT Birinci Liqa təmsilçisi “Bucaspor” seneqallı hücumçusunu geri qaytarmaq istəyir.
Türkiyə mətbuatının yazdığına görə, forvard özü də keçmiş klubuna qayıtmağın əleyhinə deyil. Qeyd edək ki, Mendi “Qəbələ”yə məhz “Bucaspor”dan keçib.
2010-11-ci il mövsümündə “Bucaspor”la Türkiyə Super Liqasında oynayan Mendi o dövrlər komandasının ən yaxşılarından olub. Qarşısına yenidən yüksək liqada oynamaq vəzifəsi qoyan "Bucaspor" hazırda 17 oyuna topladığı 25 xalla turnir cədvəlində 7-ci yerdə gedir.
