3 yanvar 2013 18:38
Bakının forvardı Yunanıstan klubuna da lazım olmadı
“Bakı”nın sabiq hücumçusu Vangelis Mantsiosun Yunanıstanın OFİ klubuna keçidi baş tutmayıb. Azerisport.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, sözügedən klub rəhbərliyi Mantsiosun xidmətində maraqlı olmadıqlarını bəyan edib.
İndi isə onun adı Super Liqanın digər təmsilçisi “Atromitos”la hallanmağa başlayıb. Amma bu da hələlik dəqiq informasiya sayılmır.
Qeyd edək ki, Mantsios “Bakı”ya bu mövsümün əvvəlində gəlmişdi. Lakin hücumçu özünü paytaxt klubunda göstərə bilmədiyindən, baş məşqçi Bojidar Bandoviç onu əvəzedici komandaya göndərmişdi. Mantsios isə əvəzedici heyətdə məşq etməkdən imtina edərək, Azərbaycanı tərk etmişdi. Buna görə “Bakı”nın FİFA-ya şikayət etməsi gözlənilir.
