3 yanvar 2013 18:46
Atletico Azərbaycanı ÇL-də də reklam edəcək
İspaniyanın “Atletico” klubu 2014-cü ilədək Azərbaycanı reklam edəcək. Azerisport.az xəbər verir ki, artıq bu məsələ rəsmi olaraq həllini tapıb.
Belə ki, Madrid klubu Azərbaycan tərəfi ilə bu barədə yeni müqavilə imzalayıb. Müqaviləyə görə “Atletico” 2014-cü ilədək üzərində “Land of Fire Azerbaijan” yazılmış formalarla çıxış edəcək. İspanlar isə bunun əvəzində 12 000 000 qazanacaqlar. “Atletico” eyni zamanda Çinin “Huawei” şirkəti ilə də əməkdaşlığını davam etdirəcək.
İspaniyanın 24TV kanalının yaydığı məlumata görə, “Bakı” ilə “Atletico” arasındakı yeni müqaviləyə bir bənd də daxil edilib. Belə ki, Madrid şəhərinin təmsilçisi gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazansa, həmin oyunlara da eyni forma ilə çıxacaq.
Bir daha xatırladaq ki, bu müqavilənin müddəti 2014-cü ilin iyun ayına qədərdi.
