3 yanvar 2013 19:15
Yığmamızın müdafiəçisi sıraya döndü
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budaq nəhayət ki, uzun zədədən sonra sıraya dönüb. Azerisport.az xəbər verir ki, Türkiyənin “Eskişehirspor” klubunun üzvünün zədəsini tam sağaltdığı bildirilir.
Ufuk artıq komandasıyla Belekdə məşqlərə də çıxır. Mümkündü ki, yeni ildə o, Əskişəhər klubu ilə oyunlara da çıxsın.
Qeyd edək ki, Budaq zədə səbəbindən təxminən 3 aydı yaşıl meydanlardan kənardadı.
