4 yanvar 2013 01:17
“Azərbaycan yığması ilə oyuna qələbə qazanmaq üçün hazırlaşırıq”
Litvanın U-18 yığmasının baş məşqçisi Antanas Vingilis Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir çərçivəsində Azərbaycanla oyun öncəsi azerisport.az saytının suallarını danışıb. Sankt-Peterburqda baş tutan söhbət zamanı o, öncə bunları dilə gətirib:
“Bütün oyunlara olduğu kimi, Azərbaycanla görüşə də qələbə qazanmaq üçün hazırlaşırıq. Əvvəlki turnirdə bi azərbaycanlıları oyunsonrası penaltilərlə məğlub edə bilmişdik. Yəqin ki, indi onlar qisas almağa çalışacaqlar. Bu, normaldı”.
“Bütün oyunlara olduğu kimi, Azərbaycanla görüşə də qələbə qazanmaq üçün hazırlaşırıq. Əvvəlki turnirdə bi azərbaycanlıları oyunsonrası penaltilərlə məğlub edə bilmişdik. Yəqin ki, indi onlar qisas almağa çalışacaqlar. Bu, normaldı”.
Litvalıların çalışdırıcısı Azərbaycanla əvvəlki oyunlardan da danışıb: “Biz Azərbaycanla əvvəllər də qarşılaşmışıq. Daha dəqiq desək, Moldovada baş tutan turnirdə üz-üzə gəlmişdik. O zaman Azərbaycan yığması qələbə qazanmışdı. Deməliyəm ki, rəqibimiz yaxşı təsir bağışlamışdı. Xüsusi ilə də texnikasına və fiziki hazırlığına görə diqqətimi çəkmişdilər. Maraqlı kollektivdi”.
Maraq üçün qeyd edək ki, yığmamızın qrupunda Litva ilə yanaşı Ukrayna və Çexiya da var. Vingilis bu komandaları da dəyərləndirib: “Qrupun favoritləri Ukrayna və Çexiyadı. Litva və Azərbaycan yığmaları isə onlarla rəqabət aparmağa çalışacaq. Hər oyuna yüz faiz köklənib, yaxşı nəticə qazanmaq lazımdı”.
Litva yığmasının baş məşqçisi Qranatkin turnirinin faydasından da danışıb: “Belə turnirlərə çox müsbət yanaşıram. Məsələn, siz müxtəlif komandalar, oyun üslubları görmək imkanına malik olacaqsız. İtalyanlar, ukraynalılar, azərbaycanlılar müxtəlif oyun üslublarına malik maraqlı komandalardı. Bütün komandalar bir-birindən nəyisə öyrənə bilərlər. Bu, gənc futbolçular üçün bir məktəbdi”.
