4 yanvar 2013 01:35
“Azərbaycan 2012-ci ildə iki xaldan daha çox qazana bilər”
Futbol üzrə Azərbaycan millisinin sabiq məşqçisi Elxan Abdullayev 2012-ci ili dəyərləndirib, eləcə də yeni ildəki şanslarımızı dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Nəzərə alsaq ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində baş tutan dörd oyunumuzdan üçü səfərdə keçirilib, qazanılan iki xal kifayət qədər normal nəticədi. İsraillə ev oyununu da uğurlu hesab edirəm. Bu komanda heç də zəif deyil. Amma onlara qarşı yaxşı oynadıq. Mənim xoşuma gəldi. Sadəcə, yığmamızın çıxışında sabitlik yoxdu. Gah yaxşı oynayırıq, gah zəif. Fikrimcə, bu da heyətdəki dəyişikliklərlə bağlıdı. İki ardıcıl oyunu eyni heyətlə keçirə bilmirik. Hər oyunda heyətdə 5-6 dəyişikliyin olması çox çətinlik yaradır. Elə baş məşqçi üçün də. Berti Foqts çox tənqid olunur. Amma o, nə etsin ki, əlinin altında lazım olan material yoxdu. Bir sözlə, nəticə qənaətbəxşdi. Hesab edirəm ki, 2013-cü ildə iki xaldan daha artığını qazana biləcəyik. Çünki oyunlarımızın çoxunu evdə keçirəcəyik”.