4 yanvar 2013 01:43
“Neftçinin Kadırov Kubokunda iştirakı real görünmür”
Azərbaycan çempionu “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov Kadırov kubokunda iştirak etmək şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Ötən mövsüm “Neftçi” bu turnirdə kifayət qədər uğurlu çıxış etdi və üçüncü oldu. Bu mövsüm bizi yenə dəvət ediblər. Biz də oynamaq arzusunda olduğumuzu bildirmişik. Amma turnirin 5-15 fevral tarixlərində keçirilməsi bizim planlarımızla üst-üstə düşmür. Çünki komanda fevralın 3-də Bakya qayıtmalıdı. Axı ayın 9-da çempionat bərpa olunacaq. Ona görə də “Neftçi”nin Kadırov Kubokunda iştirakı real görünmür”.