4 yanvar 2013 11:36

Berti Foqts yığmamıza polşalı futbolçu çağırır

“Simurq”un qapıçısı David Petrkeviçə Azərbaycan yığmasında oynamaq təklif olunub. Azerisport.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, Zaqatala klubunun heyətində uğurlu mövsüm keçirən polşalı qapıçıya şəxsən baş məşqçi Berti Foqts özü maraq göstərir. Məsələyə Petrkeviç özü də münasibət bildirib:

“Etiraf etməliyəm ki, ilk dəfə Azərbaycan yığmasında oynamaq təklifini alanda, çox təəccübləndim. Bayram vaxtı bu haqda çox düşündüm. Bir tərəfdən mən polyakam. Digər tərəfdən isə əksər oyunçular belə fürsət düşəndə başqa ölkələrin yığmasının şərəfini qoruyurlar. İstənilən halda yığmada oynamaq şərəfdi”.
 
Lakin “Simurq”un qapıçısı hələ yekun qərarı qəbul etmədiyini bildirib. David milliləşdirilməsinə razılaşsa, komandamızın fevral ayında Dubayda baş tutacaq hazırlıq prosesinə qatıla bilər.

Maraq üçün onu da bildirək ki, Petrkeviç bu mövsüm “Simurq”un heyətində 16 oyuna çıxıb. Əvvəllər isə o, vətənində “Stal”, “Poloniya”, eləcə də Çexiyanın “Banik” və “Primorye” klublarında çıxış edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.