4 yanvar 2013 12:54
Turan Salif Ballo və Fərid Quliyevi mövsümün sonunadək buraxmayacaq
“Turan” bu qış başqa komandalara keçəcəyi bildirilən Salif Ballo və Fərid Quliyevi buraxmaq istəmir. Azerisport.az xəbər verir ki, böyük ehtimalla hər iki futbolçu mövsümün sonuna qədər Tovuz klubunda qalacaq.
Bu barədə Tovuz klubunun vitse-prezidenti Namiq Məstanov məlumat verib. Onun sözlərinə görə, Balloyla “Simurq”la “Qəbələ” maraqlanıb. Lakin hücumçunun transfer qiyməti onları fikrindən daşındırıb.
Fərid Quliyev də “Turan”dan getmək istəyirdi. Amma klub rəhbərliyi onu da buraxmaq istəməyib.
