4 yanvar 2013 13:21
Denizlisporda daha bir azərbaycanlı futbolçu
Futbol üzrə Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Arif İsayev karyerasını Türkiyənin “Denizlispor” klubunda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, artıq həmyerlimiz sözügedən komandada baxışdan keçmək üçün qardaş ölkəyə yola düşüb.
İki gündü “Denuzlispor”un düşərgəsində olan İsayevin bu komandaya keçib-keçməyəcəyinə tezliklə aydınlıq gələcək. Buna məşqçilər korpusu qərar verəcək. Odu ki, Arifin özünü ən yaxşı tərəfdən göstərməsi vacibdi.
Maraq üçün qeyd edək ki, İsayev mövsümün əvvəlində AZAL-da çıxış edirdi. Lakin bu komandada möhkəmlənə bilməyən yarımmüdafiəçi indi legioner həyatı yaşamağa qərar verib. Yeri gəlmişkən bildirək ki, “Denizlispor”da Rail Məlikov da çıxış edir.
