5 yanvar 2013 16:05

Yığmamız Litva üzərində qələbə ilə başladı (YENİLƏNİB)

Bu gün Sankt-Peterburqda 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə start verilib. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan millisi də iştirak edr.
 
Komandamız A qrupunda mübarizə aparır. Arif Əsədovun yetirmələri açılış matçında litvalı həmyaşıdları ilə qarşılaşıblar. Görüş kifayət qədər məhsuldar və maraqlı alınıb. Komandamız çətinliklə də olsa, qələbə qazanmağı bacarıb.
 
Qeyd edək ki, bu gün millimizin yer aldığı qrupda daha bir görüş keçirilib. Çexiya Ukrayna ilə münasibətlərinə aydınlıq gətirib. Görüş 3:3 hesablı məhsuldar nəticə ilə başa çatıb.

Valentin Qranatkinin xatirə turniri
A qrupu
5 yanvar
 
AZƏRBAYCAN – LİTVA - 3:2 (1:0)
 
Oyun başladı
30. Yığmamız hesabı açır - 1:0
Birinci hissə başa çatdı
İkinci hissə başladı
49. Millimiz rəqib qapısından ikinci qolu keçirir - 2:0
52. Yığmamız penaltidən yararlana bilmir
56. Əsədovun yetirmələri hesabı darmadağın həddinə çatdırırlar - 3:0
59. Litva yığması buraxılan qollardan birinin əvəzini çıxır - 3:1
62. Deyəsən yığmamızda yaranan arxayınlıq sözünü deməyə başlayır. Litvalılar penalti qolu ilə hesab arasındakı fərqi minimuma endirirlər - 3:2
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.