4 yanvar 2013 14:35
AFFA Petrkeviç xəbərlərini təkzib etdi
AFFA-nın baş katibi Elxan Məmmədov “Simurq”un qapıçısı David Petrkeviçə Azərbaycan yığmasında oynamaq təklifi olunması barədə xəbərləri təkzib edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Petrkeviçin sözləri həqiqəti əks etdirmir. Petrkeviçə Azərbaycan yığmasında oynamaq barədə nə Berti Foqts, nə də AFFA təklif irəli sürüb. Bu, düz deyil. O, heç vaxt bizim maraq dairəmizə düşməyib. Hətta düşsə də, hüquqi cəhətdən Azərbaycan pasportu alması mümkün deyil. Çünki Azərbaycanda oynaması heç bir il deyil. Ona görə də Azərbaycanda çıxış edən legionerlərin özlərini belə reklam etmələrini istəməzdik”.