5 yanvar 2013 21:37
Arif Əsədov: Bu qələbə psixoloji baxımdan böyük əhəmiyyət kəsb edir
Xəbər verdiyimiz kimi, Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Litva millisi ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, komandamızın baş məşqçisi Arif Əsədov 3:2 hesabıyla qələbə qazandığımız görüşdən sonra bunları dilə gətirib:
“Turnirə qələbə ilə başlamaq, təbii ki, sevindiricidir. İstənilən turnirdə birinci oyunun nəticəsi psixoloji baxımdan böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, qələbə qazanmağımız oyunun gedişinə uyğun oldu. Xüsusilə birinci hissədə rəqibimizi bütün komponentlərdə üstələdik. Lakin penalti zərbəsindən yararlana bilməməyimiz Litva yığmasının xeyrinə dönüş yaratdı. Bununla belə, qələbə qazana bildik və bu münasibətlə futbolçularımızı təbrik edirəm”.