5 yanvar 2013 21:40
“Həqiqətən də Azərbaycan bu gün bizdən üstün oynadı”
Xəbər verdiyimiz kimi, Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Litva millisi ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, rəqib komandanın baş məşqçisi Antanas Vinqilis 2:3 hesabıyla məğlub olduqları görüşdən sonra bunları dilə gətirib:
“Azərbaycan yığmasını təbrik edir və uğurlarının davamını arzulayıram. Həqiqətən də, rəqibimiz bu gün bizdən üstün oynadı. Heyətlə bağlı müəyyən problemlərimiz var. Xüsusilə birinci hissədə futbolçularımızın ardıcıl olaraq sarı vərəqə ilə cəzalanmasının səbəbi təkbətək mübarizələrdə rəqib oyunçulara uduzmağımızdır. Qarşıdakı oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq”.