5 yanvar 2013 11:35
Rodriqinyo özünə yeni klub tapdı
“Neftçi”nin sabiq yarımmüdafiəçisi Rodriqinyo özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu bundan sonra Braziliyanın B Seriyasında çıxış edəcək.
Belə ki, o, “Sport Resife” klubuna keçib. 30 yaşlı yarımmüdafiəçi bu klubda icarə əsasında çıxış edəcək.
Maraq üçün xatırladaq ki, o, artıq 2006-cı ildə bu komandanın şərəfini qorumuşdu.
