5 yanvar 2013 13:07
Cavid İmamverdiyev: öncə Antalya, sonra Kiyev
Azərbaycan çempionu “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev komandasıyla birgə Antalyaya yola düşəcək. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın futbolçusu Türkiyə toplanışının ilk günlərində komandasıyla birgə olacaq.
Onun Kiyev “Dinamo”sunun düşərgəsinə də məhz Antalyadan getməsi gözlənilir. Ukrayna klubu ilə danışıqların necə yekunlaşacağı isə hələlik bəlli deyil.
