5 yanvar 2013 13:32
Turanın sabiq forvardı Fransa klubunda
“Turan”ın sabiq hücumçusu Rudison Fereyra özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra Fransa klubunda çıxış edəcək.
Belə ki, braziliyalı forvard aşağı liqa klublarından olan “Favilez”lə anlaşıb. Artıq tərəflər müqavilə də imzalayıblar.
Qeyd edək ki, Rudison Fereyra “Turan”da 2011-2012 mövsümündə çıxış edib.
