5 yanvar 2013 14:08
Ceyhun Sultanov Qəbələyə keçdi
“Sumqayıt”ın yarımmüdafiəçisi Ceyhun Sultanov komandasıyla yollarını ayırıb. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu özünə yeni klub da tapıb.
Belə ki, Sultanov bundan sonra “Qəbələ”nin şərəfini qoruyacaq. Məlumatı futbolçunun özü də təsdiqləyib. Yaxın günlərdə yarımmüdafiəçi yeni klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Sultanov “Sumqayıt”a yayda “Kəpəz”dən keçmişdi.
