5 yanvar 2013 14:56

Ceyhun Sultanov: Qəbələ mənə görə Sumqayıta transfer haqqı ödəməyəcək

Xəbər verdiyimiz kimi, “Sumqayıt”ın yarımmüdafiəçisi mövsümün qalan hissəsini “Qəbələ”də keçirəcək. Azerisport.az saytına müsahibəsində təcrübəli futbolçu bu keçidindən danışıb.

“Bu transferin mənim üçün gözlənilməz olduğunu deməzdim. Klub rəhbərliyi mənimlə əlaqə saxladı. Bu təklifdən imtina etmək olmazdı. Çünki daha ambisiyalı klubda oynamaq istəyirdim. Bu da bir şans idi. Hələ yeni klubumla müqavilə bağlamamışam. Amma yanvarın 7-də münasibətlərimizi rəsmiləşdirəcəyik. Ya bir il, ya da ilyarımlıq müqavilə bağlayacağıq”.
 
“Mənim “Sumqayıt”la müqaviləmin müddəti yayda başa çatacaqdı. Amma müqavilədə belə bir bənd var idi ki, yarım ildən sonra başqa komandaya keçmək istəsəm, rəhbərlik buna mane olmayacaq. Ona görə də “Qəbələ” mənə görə “Sumqayıt”a heç bir transfer haqqı ödəməyəcək. İstənilən halda “Sumqayıt” rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu komandadakı altı ayım çox yaxşı keçdi”.

33 yaşlı yarımmüdafiəçi özünü heç də yaşlı hesab etmir: “Qəbələ”də hədəfim əsas heyətə düşmək olacaq. Bu, asan olmayacaq. Çünki komandanın möhkəm heyəti var. Lakin bir halda ki, məni komandaya dəvət ediblər, deməli, onlara lazımam. “Sumqayıt”ın 20 xal toplamasına kömək edə bildimsə, “Qəbələ”nin də ilk altılığa düşməsində pay sahibi ola bilərəm. Baxmayaraq ki, bu, çətin olacaq. Çünki ilk altılıq uğrunda çox ciddi mübarizə gedir”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.