6 yanvar 2013 00:45
Bakının sabiq hücumçusu özünə yeni klub tapdı
“Bakı”nın sabiq hücumçusu Vangelis Mantsios nəhayət ki, özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, 30 yaşlı forvard bundan sonra “Atromitos”un şərəfini qoruyacaq.
Tərəflərin yaxın günlərdə müqavilə bağlaması gözlənilir. Bundan öncə isə onun ənənəvi olaraq tibbi müayinədən keçməsi planlaşdırılır.
Maraq üçün xatırladaq ki, Mantsios “Bakı”ya yayda gəlmişdi. Amma o, paytaxt klubunda özünü göstərə bilməmiş və əvəzedici heyətə göndərilmişdi.
