6 yanvar 2013 11:25
Rail Məlikov: Qəbələdə oynamaq istərdim
Türkiyənin “Denizlispor” klubunun azərbaycanlı müdafiəçisi Rail Məlikov azerisport.az saytına müsahibəsində gələcək karyerası ilə bağlı fikirlərini açıqlayıb. Təcrübəli futbolçu bəyan edib ki, mövsümün qalan dövrünü də indiki klubunda davam etdirəcək:
“Böyük ehtimalla bu mövsümü “Denizlispor”da başa vuracağam. Amma əgər komanda Super Liqaya vəsiqə qazana bilməsə, o zaman mənim Azərbaycana qayıtmaq variantım daha real görünür”.
“Böyük ehtimalla bu mövsümü “Denizlispor”da başa vuracağam. Amma əgər komanda Super Liqaya vəsiqə qazana bilməsə, o zaman mənim Azərbaycana qayıtmaq variantım daha real görünür”.
O, başqa klublara keçməməsinin səbəblərindən danışarkən isə bunları bildirib: “Denizlispor”la müqaviləm var. Bu üzdən də məni almaq istəyən klub bu komandaya müəyyən transfer məbləği ödəməlidi. Amma transfer haqqı kifayət qədər yüksək olduğundan, görünür heç kim bu məbləği ödəmək istəmir”.
Məlikov “Qəbələ”yə keçidi barədə yayılan xəbərlərə də münasibətini açıqlayıb: “Qəbələ” mənim ölkədə hörmət etdiyim 2-3 klubdan biridi. Ramiz Məmmədov da belə məşqçilərdən biridi. Mən həqiqətən də bu klubda oynamaq istərdim. Lakin bu komandaya keçəcəyim barədə xəbərlər doğru deyil. “Qəbələ”dən mənimlə heç kim maraqlanmayıb. Amma gələcəkdə bu komandada oynaya bilərəm”.
Həmyerlimiz digər azərbaycanlı futbolçu Arif İsayevin “Denizlispor”a mümkün keçidindən də danışıb: “Mən çox şadam ki, “Denizlispor”a daha bir azərbaycanlı gəldi. Onun komandada qalmaq ehtimalı çox yüksəkdi. Böyük ehtimalla elə də olacaq. Fikrimcə, Arifdə hər şey alınacaq”.
