Nizami Hacıyev daha bir Polşa klubunun maraq dairəsində
6 yanvar 2013 11:53

Futbol üzrə Azərbaycan yığmasının və “İnter”in yarımmüdafiəçisi Nizami Hacıyev daha bir Polşa klubunun maraq dairəsinə düşüb. Azerisport.az xəbər verir ki, həmyerlimizin xidmətində “Korona” maraqlıdı.
Qeyd edək ki, bu komanda hazırda Polşa birinciliyində 13-cü yerdə gedir. Lakin maraqlıdı ki, bu klub da “İnter”in tələb etdiyi transfer haqqını ödəmək istəmir.
Maraq üçün xatırladaq ki, Hacıyevin uzun müddət “Poqon”a keçidi gündəmdə olsa da, son anda Polşa klubu transferdən vaz keçmişdi.