6 yanvar 2013 12:01
Yığmamızın üzvü Hannoverin əsas komandasında!
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Əli Gökdəmir Almaniyanın “Hannover” klubunun əsas komandasına cəlb olunub. Azerisport.az xəbər verir ki, yığmamızın üzvü əsas heyətlə birgə Portuqaliyaya təlim-məşq toplanışına yollanıb.
Qeyd edək ki, Əli Gökdəmir uzun müddətdi ki, “Hannover”in ikinci komandasının heyətində top qovurdu. Onunla yanaşı ikinci komandadan daha üç futbolçu Bundesliqa təmsilçisinin düşərgəsinə qoşulub.
