6 yanvar 2013 12:36
Neftçi Saşa Yunisoğlu ilə yollarını ayırdı
Azərbaycan çempionu “Neftçi” qış transferi dövründə növbəti addımını atıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu Saşa Yunisoğlu ilə yollarını ayırıb.
Klub rəhbərliyi futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Saşa “Neftçi”yə yayda keçmişdi. Amma o, bakılıların düşərgəsində möhkəmlənə bilmədi.
