6 yanvar 2013 13:00
Saşa Yunisoğlu Neftçidən gedişi barədə danışdı
“Neftçi” ilə yollarını ayıran Saşa Yunisoğlu buna münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Özüm rəhbərliyə müraciət edib, məni buraxmalarını xahiş etdim. Sağ olsunlar ki, bu yolda problem yaratmadılar. İstirahət zamanı da gələcək karyeramı düşünmüşəm. Mən oynamaq istəyirəm. Amma nədənsə “Neftçi”də oynamırdım. Bunun səbəbini bilmirəm. İstənilən halda keçmiş komandama uğurlar arzulayıram. Müəyyən variantlar var. Ailə vəziyyətimlə əlaqədar xaricə gedə bilmirəm. Hər halda yaxın günlərdə yeni klubumu müyyənləşdirəcəm”.