6 yanvar 2013 13:17
Soltanov Rəvana keçə bilər
“Kəpəz”lə yollarını ayıran Bəxtiyar Soltanov bundan sonra karyerasını “Rəvan”da davam etdirə bilər. Azerisport.az xəbər verir ki, paytaxt klubu onun xidmətində maraqlı olsa da, hələlik tərəflər yekun razılığa gəlməyiblər.
Qeyd edək ki, Soltanov müqavilə ilə “Qarabağ”a məxsusdu. Amma o, ilk dövrəni icarə əsasında “Kəpəz”in heyətində keçirib.
