8 yanvar 2013 01:41
İngiltərə kuboku: Arsenal da ilk oyunda qələbə qazana bilmədi (YENİLƏNİB)
Futbol üzrə İngiltərə Federasiya Kubokunda üçüncü mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, əksər qarşılaşmalar ilk oyun günündə baş tutub.
Doğma meydanda "Watford"la qarşılaşan "Manchester City" rəqibinə heç bir şans verməyib. Bu görüşdə 3:0 hesabı ilə qələbə qazanan "şəhərlilər" növbəti mərhələyə adlayıblar.
Səfərdə "Southampton"un qonağı olan "Chelsea" rəqibini darmadağın edib. Fasiləyə 2:1 hesabı ilə üstün yollanan "zadəganlar" ikinci hissədə daha 3 dəfə fərqləniblər - 5:1.
"Manchester United" isə səfərdə "West Ham"in müqavimətini qıra bilməyib. Hərəyə iki dəfə fərqlənən komandalar meydandan bərabərliklə ayrılıblar - 2:2. Bu komandalar arasında daha bir oyun baş tutacaq. Eləcə də, heç-heçə başa çatan bu görüşlərin revanş matçı da olacaq.
İkinci oyun günündə "Arsenal" da qələbəyə həsrət qalıb. Bu komanda da növbəti mərhələ arzusunu təkrar oyunda gerçəkləşdirməli olacaq. "Liverpool" isə elə ilk oyundaca növbəti mərhələyə vəsiqəni təmin edə bilib.
İngiltərə Federasiya Kuboku
3-cü mərhələ
5 yanvar
Brighton & Hove – Newcastle – 2:0
Aldershot - Rotherham – 3:1
Aston Villa - Ipswich – 2:1
Barnsley – Burnley – 1:0
Blackburn - Bristol – 2:0
Bolton – Sunderland – 2:2
Charlton Athletic - Huddersfield – 0:1
Crawley – Reading – 1:3
Crystal Palace - Stoke City – 0:0
Derby County - Tranmere – 5:0
Fulham – Blackpool – 1:1
Hull City - Leyton Orient – 1:1
Leeds – Birmingham – 1:1
Leicester – Burton – 2:0
Luton – Wolverhampton – 1:0
Macclesfield - Cardiff – 2:1
Manchester City – Watford – 3:0
Middlesbrough – Hastings – 4:1
Millwall - Preston North End – 1:0
Nottingham - Oldham Athletic – 2:3
Oxford – Sheffield – 0:3
Peterborough - Norwich – 0:3
Queens Park - West Bromwich – 1:1
Sheffield - Milton Keynes Dons – 0:0
Southampton – Chelsea – 1:5
Southend – Brentford – 2:2
Tottenham - Coventry – 3:0
Wigan – Bournemouth – 1:1
West Ham - Manchester United – 2:2
6 yanvar
Swansea - Arsenal - 2:2
Mansfield - Liverpool - 1:2
7 yanvar
Cheltenham - Everton - 1:5
