6 yanvar 2013 14:07
Aslan Kərimov: Millimizin ötən ilki çıxışını heç xatırlamaq istəməzdim
Futbol üzrə Azərbaycan yığmasının sabiq kapitanı Aslan Kərimov U-19 millimizin Sankt-Peterburqda keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdəki çıxışını qiymətləndirib. Azerisport.az saytına müsahibəsində o, ilk oyununda Litvanı məğlub edən (3:2) komandamızın çıxışı ilə bağlı bunları dilə gətirib:
“Biz bu ilə ötən ildəkindən daha yaxşı start verdik. Qələbə bizə növbəti oyunlarda çox kömək edəcək. Ötən il baş tutan turniri heç yadıma da salmaq istəməzdim. Orda biz sonuncu olmuşduq. Amma bu il daha yaxşı olmaq şansımız çoxdu”.