7 yanvar 2013 18:30
Tahir Süleymanov Milyanın cavabını verdi
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov Polşanın “Slensk” klubunun yarımmüdafiəçisi Sebastyan Milyanın açıqlamalarına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Milya kimdi ki, “Neftçi”nin qeyri-peşəkarlığından danışıb? Komandamız Avropa Liqasının qrup mərhələsində çıxış etdiyi vaxtda onun ölkəsindən heç bir klub belə uğura imza ata bilməmişdi. Mən əminəm ki, Azərbaycana klublarından hansısa biri 450 min avronun yarısını ona təklif etsə, ilan ilində özü bizim ölkəmizə sürünər”.