7 yanvar 2013 18:58
Arif Əsədov: Futbolçumuza qırmızı vərəqə əsassız yerə göstərildi
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan və Çexiya yığmaları arasında bu gün keçirilmiş oyundan sonra komandamızın baş məşqçisi Arif Əsədov fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçənin ardından bunları dilə gətirib:
“Oyuna çox zəif başladıq – görünür, rəqibin adı futbolçularımıza psixoloji baxımdan təsir göstərmişdi. Birinci hissədə daha çox müdafiə olunaraq oyunumuzu əks-hücumlar üzərində qururduq. Fasilədən sonra daha cəsarətli oynayaraq təşəbbüsə yiyələndik. Əvəzetmələrin də sayəsində oyunumuzu gücləndirdik. Bugünkü qarşılaşmada hakimliyin səviyyəsinin çox aşağı olduğunu qeyd etməliyəm. Futbolçumuza qırmızı vərəqə əsassız yerə göstərildi. Bununla belə, azlıqda qaldıqdan sonra oyunumuzun sürəti aşağı düşmədi, əzmkarlıqla mübarizə apardıq”.