7 yanvar 2013 19:07
“Azərbaycanla oyunun ikinci hissəsi bizim üçün dəhşətli alındı”
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan və Çexiya yığmaları arasında bu gün keçirilmiş oyundan sonra rəqib komandanın baş məşqçisi Yozef Çaplar fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçənin ardından bunları dilə gətirib:
“Həm nəticə, həm də oyunumuzun keyfiyyəti məni təəssüfləndirdi. Birinci hissədə pis çıxış emədik; qol vurduq, oyuna nəzarət edirdik. Amma ikinci hissə bizim üçün dəhşətli oldu. Azərbaycan yığması həm texniki, həm də fiziki cəhətdən bizdən hazırlıqlı idi. Birinci hissədəki oyun üslubumuzu davat etdirmək istədik, lakin bu, bizə müyəssər olmadı. Əvəzetmələrimiz də kömək etmədi. Rəqib topa daha çox nəzarət etdi. Daha aqressiv oynamalıydıq. Amma ötürmələrdə xeyli səhvə yol verdik. Topsuz oynamaq isə çox çətindir”.